EN

Yevıaxda ağır qəza baş verib, ölən və xəsarət alan var

Yevlaxda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

"Unikal"ın məlumatına görə, hadisə Xaldan şossesində qeydə alınıb. Belə ki, "Mersedes" markalı avtomobil qoşqulu motosikletə çırpılıb. Nəticədə  motosikletdə olan 1955-ci il təvəllüdlü Hacıselli kənd sakini Kazımov Hacıbala Ədil oğlu və 1959-cu il təvəllüdlü həyat yoldaşı Kazımova Fəxriyyə Aslan qızı ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Ölümcül vəziyyətdə olan qadının həyatını xilas etmək mümkün olmayıb. H. Kazımovun isə vəziyyəti ağır qiymətləndirilir.  

Faktla bağlı araşdırma aparılır.                                

Ehtiram Muradov

Chosen
11
28
unikal.az

10Sources