EN

39 yaşlı Tom Hiton daha bir il MY-də qalacaq

İngiltərənin “Mançester Yunayted” klubu təcrübəli qapıçısı, 39 yaşlı Tom Hiton ilə yeni müqavilə bağlamağa qərar verib.

Arena.az xəbər verir ki, “qırmızı şeytanlar” ingilis qolkiperi daha bir mövsüm heyətində saxlayıblar.

Təcrübəli qolkiperlə 1 illik (2026-cı ilin 30 iyununa qədər) müqavilə imzalanıb.

Xatırladaq ki, “Mançester Yunayted”in öz yetirməsi olan Hiton, sabiq komandasına 2021-ci ilin yayında azad agent kimi qayıdıb. O, “qırmızı şeytanlar”ın heyətində cəmi 3 matça çıxıb və qol buraxmayıb.

Tom Hiton karyerası ərzində “Aston Villa”, “Börnli”, “Bristol Siti”, “Kardiff Siti”, “Uikomb Uonderers”, “Roçdeyl”, KPR, “Suindon Taun” kimi klubların da formasını geyinib.

Hiton İniltərənin aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynayıb, əsas millidə isə 3 oyun keçirib.

“Transfermarkt” internet-portalı 39 yaşlı qapıçının transfer dəyərini 200 min avro məbləğində qiymətləndirir.

Chosen
67
17
arena.az

10Sources