EN

Transfer cəzası qüvvədə olan ''Antalyaspor'' rusiyalı futbolçu aldı

Türkiyənin elitasında çıxış edən ''Antalyaspor'' heyətini rusiyalı futbolçu ilə gücləndirib.

Daha öncə öz yetirməsi olan Doğukan Siniki komandaya qaytaran Antalya təmsilçisi bu yayın ikinci transferini Georgi Cikiya ilə həyata keçirib. 31 yaşlı müdafiəçi Antalyaya gələrək tibbi müayinədən keçib və ikiillik müqaviləyə imza atıb. Futbolçunun meneceri Dmitri Kuzmiçev də bu transferin tamamlandığını təsdiqləyib.

Qeyd edək ki, ''Antalyaspor''da bu günlərdə baş məşqçi Əmrə Belözoğlu istefa verib. Halbuki Cikiyanın transferini məhz o tələb etmişdi. Bundan başqa klubun transfer cəzasının hələ də qüvvədə olduğunu xatırladaq. ''Antalyaspor'' bu cəzanın ən qısa müddətdə aradan qaldırılacağına inanır. Transferlər də rəsmi olaraq həmin vaxt açıqlanacaq. Cikiya ''Lokomotiv''in yetirməsi olsa da, ''Spartak''dakı çıxışı ilə tanınır.

O, 2017-24-cü illərdə ''Spartak''ın şərəfini qoruyub. Son mövsümü isə ''Ximki''də keçirib. Cikiya ''Antalyaspor'' tarixinin ikinci rusiyalı futbolçusudu. 2020-23-cü illərdə daha bir rusiyalı müdafiəçi Fyodor Kudryaşov da bu klubda çıxış edib.

Chosen
60
39
football-plus.az

10Sources