EN

Ekspert: Rusiyada azərbaycanlılara qarşı törədilmiş hadisə məqsədyönlüdür, müttəfiqlik ruhuna ziddir

Rusiyada baş verən bu təxribat halı məqsədyönlü şəkildə Rusiyadakı müəyyən dairələr tərəfindən həyata keçirilib.

Bu barədə “Report”a açıqlamasında Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri Samir Hümbətov danışıb.

O qeyd edib ki, hadisə ilə bağlı müxtəlif bəhanələr səsləndirsə də, hadisə zamanı beş azərbaycanlının qətlə yetirilməsi reallıqdır:

“Bir neçəsi işgəncəyə məruz qalıb. Onlara zorla bu və ya digər sənədə imza atdırmağa çalışırlar. Hətta onları polis apararkən onlardan Rusiyada niyə yaşadıqlarını soruşun və ölkələrinə qayıtmasını istəyib. Görünür ki, hansısa dairələr artıq şovinist siyasət yürütməklə oradakı azərbaycanlıları sıxışdırmağa çalışır”.

Ekspertin sözlərinə görə, Azərbaycan haqlı olaraq Rusiyadan bu məsələ barədə izahat tələb edib:

“Rusiya müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırıldı və lazımi iradlar bildirildi. Fikrimcə, Rusiyada törədilmiş bu hadisə məqsədyönlüdür və Azərbaycana qarşı yönəlib. Bu məsələdə artıq azərbaycanlılar təşkilatlanmalıdır və Azərbaycanın Rusiyadakı səfirliyi və konsulluqları ilə sıx əlaqə olmalıdır”.

S.Hümbətov vurğulayıb ki, hücuma məruz qalan azərbaycanlıların taleyi ciddi şəkildə nəzarətdə saxlanmalıdır:

“Bu addımın arxasında məkirli planlar dayanır. Bu hərəkətlər 2022-ci il fevralın 22-də imzalanmış Rusiya – Azərbaycan müttəfiqlik bəyannaməsinin ruhuna ziddir və qəbulolunmazdır. Rusiya tərəfinin indiyədək açıqlama verməməsi müttəfiqliyə zərər vurur, ya dərhal bu kimi davranışların qarşısı alınmalıdır, ya da yaxın gələcəkdə ciddi etirazlar gözlənilir. Nəzərə almaq lazımdır ki, Rusiya Ukrayna ilə müharibə aparır və onun arxa cəbhədə iqtisadi dayaqlarını ayaqda saxlayanlardan biri də Rusiyada yaşayan azərbaycanlılardır. Onların ciddi ticarət əlaqələri var. Dövlətin güc strukturları tərəfindən insanların qətlə yetirilməsi bu istiqamətdə dövlətdən təlimat alınması deməkdir. Ona görə də məsələyə diqqət yetirilməlidir və tapşırılmış cinayət əməllərinin qarşısı alınmalıdır”.

Chosen
7
35
report.az

10Sources