EN

Lənkəranda iş adamı bıçaqlandı


Lənkəranda iş adamı bıçaqlanıb.

Teleqraf-ın cənub bürosu xəbər verir ki, hadisə bu gün səhər saatlarında şəhərin “Böyük Bazar” adlanan ərazisində baş verib.

Məlumata görə, Lənkəran rayonunun Osaküçə kəndində yerləşən “Pambayı” istirahət mərkəzinin müdiri, 1977-ci il təvəllüdlü Firad Səyad oğlu Həbibov naməlum şəxs tərəfindən bıçaqlanıb. O, bədəninin müxtəlif nahiyələrindən ümumilikdə 5 bıçaq zərbəsi alıb.

Yaralı dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və zəruri ilkin tibbi yardımdan sonra cərrahi əməliyyata alınıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Chosen
48
50
news24.az

10Sources