EN

Rusiya 90-cı illərdə ilişib qalıb

Azərbaycan Rusiyadan öz vətəndaşlarının vəhşicəsinə öldürülməsi ilə bağlı araşdırma tələb edir və günahkarların cəzalandırılmasını istəyir.

Rusiyanın bir sıra dairələri və mediası isə “ənənəvi” qaydada anti-Azərbaycan ritorkasına başlayıb: “Bakı bizdən nə cürətlə hesab tələb edə bilər? Biz... İmperiya... fəth... axıdılan rus qanı” sayıqlaması...

Əcaib reaksiyadır.

Mülki şəxsləri gecə yatdığı yerdə sorğu-sualsız öldürəsən, 10-larla soydaşımızı ayaqyalın qabağına qatıb aparasan, – üstəlik buna heç bir izahat da verməyəsən!

İndi, 90-cı illər deyil və Moskvaya iş dalınca gedən məzlum azərbaycanlılar da yoxdur. Rusiyada cəmi 300 minə yaxın azərbaycanlı var, onların böyük əksəriyyəti leqal işlərdə çalışır. Xeyli hissəsi də Rusiya vətəndaşıdır.

Soydaşlarımıza ənənəvi formada, “qara camaat” kimi yanaşaraq adamları basıb öldürmək, döymək, şikəst etmək, qorxutmaq Rusiyanın şovinist ruhunun bir daha nümayişidir.

İyulun 1-dən Rusiyada miqrantlara qarşı yeni qaydalar tətbiq olunacaq. Şimal ölkəsində olan bütün miqrantlar həyəcan içindədirlər. Deport qorxusu, həbs, reydlər...

Moskva bu üsullarla – ”mqirant kartı” ilə özünün siyasi qazancını əldə etmək istəyirsə yanılır.

Bu, bumeranq effekti verə bilər.

Rusiya və Azərbaycan bərabər hüquqlu qonşu dövlətlərdir. Kremldə indi geopolitik xaosdan istifadə edib hansısa niyyətə düşüblərsə bunun bədəli ağır ola bilər.

Azərbaycan öz vətəndaşlarının haqqını tələb edir və bunu bizə heç kim qadağan edə bilməz.

Baş verənlər Azərbaycana qarşı kobud şantajdır.

Chosen
13
vaxt.az

1Sources