EN

FHN: Füzulidə suvarma kanalında batdığı ehtimal olunan şəxsin axtarışları davam etdirilir

Bakı, 29 iyun, AZƏRTAC

Füzuli rayonu, Kərimbəyli kəndində 1 nəfər vətəndaşın suvarma kanalında batması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub və nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, hazırda dalğıc-xilasedicilər tərəfindən batdığı ehtimal olunan 2009-cu il təvəllüdlü Nağızadə Nihad Vüqar oğlunun axtarışları davam etdirilir.

Əlavə məlumat veriləcək.

Chosen
2
30
azertag.az

10Sources