EN

"Sabah" Avstriyada ilk sınaq matçına çıxır

“Sabah” bu gün Avstriyadakı yay toplanışı çərçivəsində ilk yoxlama oyununa çıxacaq.

Fanat.Az xəbər verir ki, Azərbaycan Kubokunun qalibi Sloveniyada Rumıniyanın “Rapid” klubu ilə qarşılaşacaq.

Oyun Bakı vaxtı ilə saat 19:30-da başlayacaq. Bu, komandanın yeni baş məşqçisi Valdas Dambrauskasın “Sabah”da ilk oyunu olacaq.

Qeyd edək ki, “Sabah” 2-ci yoxlama matçını iyulun 3-də Macarıstanın “Paksi” klubuna qarşı keçirəcək.

Yoxlama oyunu
29 iyun

19:30. “Sabah” (Azərbaycan) “Rapid” (Buxarest, Rumıniya)

 

Chosen
16
7
fanat.az

10Sources