"Rusiya tarix boyu etnik zəmində yürütdüyü ayrı-seçkilik siyasəti ilə tanınır".
Moderator.az xəbər verir ki, bu barədə "Haber Global" telekanalının Yekaterinburq şəhərində etnik mənsubiyyətinə görə azərbaycanlılara qarşı Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən nümayişkarcasına törədilmiş məqsədli və mühakiməsiz qətl və zorakılıq əməlləri barədə hazırladığı süjetdə bildirilir.
Qeyd edilir ki, Rusiyada Vladimir Putinin liderliyi ilə şovinizm siyasəti daha sərt hal alıb:
"Yekaterinqburda Rusiya polisinin Səfərovlar ailəsinin evlərinə basqını zamanı insan hüquqları ayaqlar altına alındı, vəhşicəsinə şiddət tətbiq edildi. Hüquq normalarını heçə sayan hadisə Rusiyada ifrat milliyətçilik və qorxu siyasətinin dövlətin rəsmi alətinə çevrildiyini bir daha təsdiqlədi".
Ətraflı videoda: