EN

“Rusiyadan qarşılıqlı hörmətə əsaslanan münasibət gözləyirik” Millət vəkili

Metbuat portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Bizim Qarabağdakı uğurlarımız, ümumilikdə xarici siyasətdə qazandığımız nailiyyətlər, təbii ki, bir sıra ölkələri, o cümlədən Rusiyanı da narahat edir”.

Bunu Metbuat.az-a açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin VII çağırış deputatı Fariz İsmayılzadə deyib. Millət vəkili bildirib ki, Azərbaycana qarşı Rusiya tərəfdən qərəzli siyasət aparıldığı müşahidə edilir:

“Azərbaycanın müstəqil siyasəti narahatlıq doğurur və nəticə etibarilə ölkəmizə qarşı təzyiqlər artır. Biz bunu təyyarənin vurulması hadisəsində də gördük. Kiber təhlükəsizlik sahəsində Rusiyadan qaynaqlanan kiber hücumlarda da hiss edirik. Digər tərəfdən, son günlərdə etnik azərbaycanlılara qarşı zorakılıq halları da bu siyasətin bir parçasıdır.

Azərbaycanın uğurları və inkişafı qısqanclıq yaradır və bizə qarşı çoxşaxəli təzyiqlərin artmasına səbəb olur. Biz isə bu cür siyasəti qətiyyətlə qəbul etmirik və rədd edirik”.

Fariz İsmayılzadə xüsusilə vurğulayıb ki, Azərbaycan hər zaman bərabərhüquqlu, qarşılıqlı hörmətə əsaslanan ikitərəfli münasibətlərin tərəfdarıdır. Millət vəkili hesab edir ki, belə hadisələr davam edərsə, təbii ki, bu münasibətlərimizə təsirsiz ötüşməyəcək:

“Azərbaycanlı deputatın Rusiya ərazisinə buraxılmaması da bu qərəzli siyasətin bir hissəsidir. Biz bunu qətiyyətlə qınayır və tənqid edirik. Rusiyadan daha praqmatik və qarşılıqlı hörmətə əsaslanan münasibət gözləyirik”.

Gülbəniz Hüseynli / Metbuat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
5
50
metbuat.az

10Sources