EN

Xamenei: “ABŞ heç nə edə bilmədi, Tramp hər şeyi şişirdir”

İranın ali lideri Ayətullah Əli Xamenei ABŞ Prezidenti Donald Trampın son açıqlamalarına sərt reaksiya verib.

Rəsmi "X" səhifəsində yayımlanan açıqlamada Xamenei bildirib:

“Amerika Birləşmiş Ştatlarının prezidenti baş verənləri qeyri-adi dərəcədə şişirdib. Bu şişirtmə onun üçün vacib idi. Onun sözlərini eşidən hər kəs başa düşür ki, pərdə arxasında tamam fərqli bir həqiqət dayanır. Onlar əslində heç nə edə bilmədilər. Odur ki, indi bu şişirtmə ilə gerçəyi gizlətməyə və ört-basdır etməyə çalışırlar”.

Qeyd edək ki, bu bəyanat ABŞ və İsrailin İrana qarşı son hücumları və Trampın onların "effektivliyi" ilə bağlı açıqlamaları fonunda verilib.

Attachment

Musavat.com

Chosen
55
50
musavat.com

10Sources