EN

Şəkidə avtomobil piyadanı vurub öldürdü

Şəkidə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, qəza saat 17 radələrində rayonun Böyük Dəhnə kəndi ərazisində qeydə alınıb.

Azad Abdullayev idarə etdiyi “Mercedes” markalı avtomobillə piyada 1950-ci il təvəllüdlü Fəxrəddin Beybudovu vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. DİN-in Mətbuat Xidmətinin regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, faktla bağlı ərazi üzrə polis orqanında cinayət başlanılıb, istintaq aparılır.

Chosen
32
6
qafqazinfo.az

10Sources