EN

Belqraddakı aksiyalara görə nümayişçilər həbs olunub, əməliyyat davam edir

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Belqrad, 29 iyun, AZƏRTAC

Serbiyanın paytaxtı Belqradda keçirilən etiraz aksiyalarına görə bir qrup nümayişçi həbs olunub.

AZƏRTAC xəbər verir ki, Belqrad Prokurorluğu və Daxili İşlər Nazirliyinin əməkdaşlarının keçirdikləri birgə əməliyyat nəticəsində Belqrad, Niş, Zayeçar və Smederevodan olan ümumilikdə 6 nəfər həbs olunub. Əməliyyatın davam etdiyi bildirilib. Saxlanılan nümayişçilər dövlət qurumlarına hücumlar planlaşdırmaqda və konstitusiya quruluşunu zorakılıqla dəyişməkdə ittiham olunurlar.

Əsasən tələbələrdən ibarət olan etirazçıların keçirdikləri aksiyalara münasibət bildirən Serbiya Prezidenti Aleksandar Vuçiç ölkəsinin zorakılıqlara qalib gəldiyini deyib.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Belqrad

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
7
50
azertag.az

10Sources