EN

PSJ klublararası dünya çempionatında 1/4 finala yüksəldi

Bu gün klublararası dünya çempionatının 1/8 final mərhələsində PSJ və “İnter Mayami” komandaları qarşılaşıb.

90deqiqe.Az-ın məlumatına görə, oyun ABŞ-ın Atlanta şəhərində yerləşən “Mercedes-Benz Stadium”da baş tutub.

Matç Paris təmsilçisinin tam üstünlüyü ilə keçib və “PSJ” rəqibini 4:0 hesabı ilə məğlub edib.

Fransa klubunun heyətində hesabı artıq 6-cı dəqiqədə Joau Neveş açıb. Gənc yarımmüdafiəçi Vitinhanın ötürməsindən sonra dəqiq zərbə ilə fərqlənib. 39-cu dəqiqədə Neveş Fabian Ruizin ötürməsi ilə dubla imza atıb. 44-cü dəqiqədə “İnter Mayami”nin müdafiəçisi Tomas Aviles avtoqolla “PSJ”nin üstünlüyünü daha da artırıb. İlk hissəyə əlavə olunmuş üçüncü dəqiqədə isə Əşrəf Hakimi son nöqtəni qoyub – 4:0.

Bu nəticə ilə “PSJ” 1/4 finala vəsiqə qazanıb. Fransızlar növbəti mərhələdə “Flamenqo” – “Bavariya” cütünün qalibi ilə qarşılaşacaq.

Chosen
10
48
90deqiqe.az

10Sources