EN

PSJ Messinin komandasını darmadağın etdi

ABŞ-da təşkil olunan klublararası dünya çempionatında 1/8 final mərhələsinin daha bir oyunu keçirilib.

Axar.az xəbər verir ki, Atlanta şəhərindəki "Mersedes Benz" stadionunda UEFA Çempionlar Liqasının son qalibi Fransa PSJ-si ilə yerli "İnter Mayami" komandası üz-üzə gəlib.

Görüş Paris komandasının 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bütün qollar birinci hissədə vurulub. İlk 2 topun müəllifi 6-cı və 39-cu dəqiqələrdə Joau Neveş olub. 44-cü dəqiqədə Tomas Aviles topu öz qapısına göndərib. Matçda son nöqtəni isə 45+3-cü dəqiqədə Əşrəf Hakimi qoyub.

"İnter Mayami"nin futbolçusu Lionel Messi sabiq komandasına qarşı 90 dəqiqə oynasa da, heç nə ilə yadda qalmayıb.

Qeyd edək ki, PSJ 1/4 finalda bu gecə keçiriləcək "Flamenqo" (Braziliya) - "Bavariya" (Almaniya) görüşünün qalibi ilə üz-üzə gələcək.

Chosen
33
40
axar.az

10Sources