EN

Rusiya mediası görün, Azərbaycandan nələr yazır?

Bakupost saytından verilən məlumata görə, ain.az xəbər verir.

Yekaterinqbur insidenti, OMON qüvvələrinin azərbaycanlılara qarşı soyqırıma bənzər hücumu, iki nəfərin döyülərək öldürülməsi, onlarla şəxsi fiziki şiddətə məruz qalması və həbsi fonunda Rusiyanın bəzi media qurumları Azərbaycana qarşı fəaliyyətini də artrırıb.

Bakupost.az xəbər verir ki, bu təxribatçı kampaniyanın daha çox Kremlə “müxalif” resurslarda yayılması da diqqətçəkicidir.

“Kemerovo.tsargrad.tv”də tirajlanan və istinadla bir neçə saytın yaydığı materialı qısa ixtisarla təqdim etməklə, Rusiyada azərbaycanlılara qarşı hansı təsəvvür yaratmağa çalışıldığını və rəsmi Bakıya nəyin “xatırladıldığını” anlamağa çalışaq.

“Əliyev narazıdır: Azərbaycan Yekaterinburqda Rusiya təhlükəsizlik qüvvələrinin işlərinə açıq şəkildə müdaxilə edib. Sonra nə olacaq?” başlıqlı məqalədə bildirilir:

“Son günlər Yekaterinburqda azərbaycanlıların kütləvi şəkildə saxlanılması rəsmi Bakı tərəfindən növbəti dəfə “münasibətlərin aydınlaşdırılması” ilə nəticələnib. Görünür, İlham Əliyev öz iradəsini Rusiyaya sırımağa çalışır. Azərbaycan Xarici İşlər Nazirliyi iyunun 27-də Yekaterinburqda azərbaycanlıların saxlanılması və həlak olması ilə bağlı narahatlığını bildirib və Moskvadan insidentin dərhal araşdırılmasını tələb edib. Nəzərə alsaq ki, Bakıdan xatırlatması-tövsiyəsi olmadan bu araşdırma aparılacaq, bu bəyanat daha çox siyasi demarşa, ölkəmizin daxili işlərinə qarışmağa bənzəyir”.

Məqalədə yerli mediaya “istinadla” vurğulanır ki, Yekaterinburqda Azərbaycan vətəndaşları (?) kütləvi şəkildə saxlanılıb... (Qətlə yetirilənlərin hər ikisi və saxlanılanların böyük əksəriyyəti azərbaycanlı olsalar da, Rusiya vətəndaşlarıdır – red.). İddia edilib ki, “araşdırma” 2001-ci ildəki cinayət işi ilə bağlı ola bilər, hansı ki, diaspor bununla “əlaqəlidir”, “iş bu yaxınlarda arxivdən qaldırılıb və icraata götürülüb”. Ancaq niyə məhz indi arxivdən götürüldüyü və niyə basqınla, sübh çağı evlərə girib, azərbaycanlılar döydükləri, öldürdükləri, həbs etdikləri aydınlaşdırılmır:

“Mətbuatda Ziyəddin və Hüseyn Səfərovların öldüyü, 3 nəfərin xəstəxanaya yerləşdirilməsi xəbəri yayılıb. Əsas şübhəlilərdən biri polis və xüsusi təyinatlılar onun üzərinə basqın edən zaman ölüb. Jurnalistlərin sözlərinə görə, o, özünü pis hiss edib, ürəyini sıxıb və təcili yardımın sürətlə gəlməsinə baxmayaraq, onu xilas edə bilməyiblər. Şübhəlinin gənc olmadığı iddia edilir.

Bakının tələbləri

Səfərovlar 2001-ci ildə Yekaterinburqda taciri qətlə yetirməkdə şübhəli bilinirlər. Hazırda işi arxivdən İstintaq Komitəsinin ötən illərin qətllərinin açılması ilə məşğul olan 4-cü şöbəsi götürüb. Bununla bağlı Azərbaycan diasporu ilə əlaqəsi olan onlarla insan dindirilir. Qalmaqallı “Baku Plaza” ticarət mərkəzində də axtarışlar aparılıb. Rayon İstintaq Komitəsinin və Daxili İşlər Nazirliyinin Baş İdarəsinin mətbuat xidmətlərinin verdiyi məlumata görə, faktla bağlı istintaq hərəkətləri davam etdirilir. Söhbət eyni vaxtda ötən illərin bir neçə cinayətindən gedir.

Şübhəlilərin ölümündən sonra Azərbaycan mətbuatı dərhal öz versiyasını dərc edib və Yekaterinburqda hüquq-mühafizə orqanlarının reydi zamanı Səfərov qardaşlarından birinin “qətl” edildiyini açıqlayıb. Səfərovlar ailəsinin ümumilikdə 9 üzvü saxlanılıb.

Azərbaycan Xarici İşlər Nazirliyi iyunun 27-də Yekaterinburqda baş vermiş insidentlə bağlı Rusiya hakimiyyətindən araşdırma aparmağı rəsmən tələb edib. Bakı insidentlə bağlı dərin narahatlığını bildirib və güc tətbiqini “qəbuledilməz” adlandırıb.

“Rusiyanın bu işlə bağlı təcili araşdırma aparacağını və günahkarların tez bir zamanda məsuliyyətə cəlb ediləcəyini gözləyirik”, - Azərbaycan XİN bildirib.

Bu, artıq tələb deyil, birbaşa ittihamdır. Deyirlər, ruslar heç bir səbəb olmadan bizimkiləri küçədə həbs edir. Bu arada qanunu ümumiyyətlə bilən hər bir şəxs başa düşür ki, əgər müstəntiqlərin şübhəlilərə sübut və sübut şəklində təqdim edəcəyi heç bir şey yoxdursa, həbs tamamilə mənasızdır və üstəlik, müstəntiqlərin əleyhinə işləyir. Politoloq və tarixçi Vladimir Rujanski qeyd edib ki, belə həbs müstəntiqlər və ümumilikdə təhlükəsizlik qüvvələri üçün böyük problemlər yarada bilər”.

Daha sonra nəşr Rujanskinin müsahibəsini təqdim edib.

- Azərbaycan niyə Rusiyaya qarşı belə həyasız davranır?

V.Rujanski: Təkcə konkret bu iş deyil, 2020-ci ildən bu yana baş verən bütün hadisələri də nəzərdən keçirməyə dəyər. Məsələn, bizim hərbi helikopterimizin vurulması, Qarabağda rus zabitlərinin öldürülməsi. Buna görə Azərbaycanı heç kim hesaba çəkməyib. Üstəlik, Azərbaycan hakimiyyəti Rusiyaya özlərinin bir növ muxtar bölgəsi kimi tələblər irəli sürməyə özlərini haqlı hesab edirlər.

- Söhbət təkcə geosiyasətlə bağlı deyil?

- Bəli, daşınmaz əmlak, neft və qaz kimi sərvətlərimizlə böyük sərvətlər qazanmış Azərbaycandan olanlar Rusiyanın bütün bürokratik iyerarxiyasını qidalandırırlar. Bu birləşmiş bürokratiya hər şeyə göz yummağa hazırdır: rus hərbçilərinin qanına və Azərbaycan rəhbərliyinin açıq şəkildə Rusiyaya tüpürməsinə.

- Bunlar çox ciddi ittihamlardır. Sizcə, kim kimi qidalandırır: Azərbaycan oliqarxları Rusiyanı qidalandırır, yoxsa əksinə?

- Bu, ritorik sualdır. Bəlkə i-lərə nöqtə qoymağın vaxtı çatıb? Müharibə dövründə ölkəyə zərər vuran istənilən hərəkət vətənə xəyanət kimi qiymətləndirilməlidir.

- Bu kontekstdə nə təklif edirsiniz?

- Azərbaycanlı oliqarxların Rusiyada kimə kömək etdiyini araşdırmaq yaxşı olardı. Azərbaycana - əlbəttə, İsrailə - təbii ki. Bəs, Ukraynaya? Maraqlı sualdır. Bəs Rusiya? Vergidən yayınma vasitəsi kimi xeyriyyəçilik nəzərə alınmır. Eyni sualı Rusiyada kapital yaradan bütün maqnatlara ünvanlamaq olar. Və belə bir sual verilsə, o zaman ölkəmizdəki azərbaycanlı oliqarxların bu perspektivli araşdırmada birinci olmaq üçün hər şansı var.

Miqrant məsələsi

Azərbaycan diasporu məmurların verdiyi cəzasızlıqdan istifadə edərək özünü qanunlarımızdan üstün tutmaqda davam edir.

Axı, mahiyyət etibarı ilə Bakı indi həmyerliləri üçün üzr istəməli, tövbə etməli və təkbaşına istintaqa kömək etməyə çağırmalıdır. Əvəzində əmredici bir ton və təkəbbür görürük.

Bu, bir daha miqrantların cəmiyyətimizə inteqrasiyası cəhdlərinin tam iflasa uğradığını göstərir. Azərbaycanlılar onilliklərdir Rusiyada yaşayırlar - onlardan yalnız bir neçəsi inteqrasiya edir...

...Bakının belə bir tonda düşünməyə, danışmağa belə haqqı yoxdur.

Yekaterinburqda diaspor üzvünün ölümü ilə yanaşı, Novosibirskdə polis əməkdaşının 19 yaşlı azərbaycanlını güllələməsi hadisəsini də xatırlaya bilərik. Növbətçi zabitə açıq-aşkar hücum olub, bütün sübutlar var (Halbuki görüntülər yayılmışdı və heç bir hücumdan söhbət gedə bilməzdi, rus polis azərbaycanlını başından itələyərkən əlindəki silah açılmış və düz başına dəymişdi – red.)”.

Nəşrin “analitiki”, “Soydaş” xeyriyyə fondunun rəhbəri Aleksandr Bosıx 19 yaşlı azərbaycanlını qətlə yetirən polisin “dövlət tərəfindən yetərincə” müdafiə olunmadığını bildirir və ümumiyyətlə. Belə reydlər zamanı zorakılığı istisna edir.

***

Məqalə bu sonluqla bitir:

“Azərbaycan uzun müddətdir ki, Moskva ilə münasibətləri tədricən pozmaq kursundadır. Lakin ötən il Qazaxıstanda baş verən təyyarə qəzasından sonra bu proses daha qabarıq və açıq xarakter alıb. Bu, Azərbaycana əməkdaşlıq üçün üstünlüklər təklif edən Rusiya ilə Avropa İttifaqı arasında mübarizənin kəskinləşməsi ilə bağlıdır. Bakının Azərbaycan vətəndaşları ilə bağlı bəyanatları həm yerli, həm də xarici auditoriyaya yönəlib ki, Azərbaycanın rusiyayönlü kursa riayət etmədiyini nümayiş etdirsin. Daxili siyasi vəziyyət Rusiyanın düşmən və antaqonist olması, Azərbaycan vətəndaşlarına zülm etməsi, tarixən müstəmləkəçi və işğalçı kimi çıxış etməsi barədə ictimai rəyi formalaşdırır. Rusiya ilə dostluğu müdafiə edən azərbaycanlı jurnalistlər və ictimai xadimlər Nəzakət Məmmədova və İbrahim Qumbətovun işi buna bariz nümunədir”, - politoloq Vladimir Kireyev qeyd edir.

İranla münaqişə kontekstində Azərbaycan, görünür, İsrail üçün təkcə İran haqqında kəşfiyyat məlumatlarının toplanması üçün tramplin deyil, həm də raketlərin buraxıldığı və İran ərazisində diversiya qruplarının fəaliyyət göstərdiyi platformaya çevrilib. İsrail xüsusi xidmət orqanlarının və ordusunun nümayəndələri bu məlumatı dolayısı ilə təsdiqləyiblər.

İndi Azərbaycan, deyəsən, təxribat fəaliyyətinə və bəlkə də Ukrayna ilə yanaşı Rusiyaya qarşı yeni cəbhə açmağa hazırlaşır. Belə bir geosiyasi seçimin arqumentləri təkcə Aİ, İsrail və Türkiyənin üstünlükləri deyil, həm də Rusiyanın Ukraynadakı ekstremist rejimin aradan qaldırılması məsələsini tez bir zamanda həll etməkdə qətiyyətsizliyi idi".

Aygün,

BakuPost

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
4
50
www.bakupost.az

10Sources