EN

Pakistanda yağışa görə 45 nəfər öldü

Pakistanda musson yağışları 4 günə 45 nəfərin həyatına son qoyub.

“Qafqazinfo” yerli mediaya istinadən xəbər verir ki, ən çox qurbanlar Xeyber-Paxtunxva, Bəlucistan və Pəncab vilayətlərində qeydə alınıb.

Yaralıların sayı isə 68-ə yüksəlib.

Ölkənin demək olar ki, bütün əyalətlərinə yağan leysan yağışları nəticəsində həyat iflic hala düşüb.

Chosen
4
6
qafqazinfo.az

10Sources