EN

Xamenei: "Tramp həqiqəti gizlətmək üçün baş verənləri şişirdir"

"ABŞ heç nə edə bilmədi. Ona görə də Tramp həqiqəti gizlətmək üçün baş verənləri şişirdir".
 
Oxu.Az xəbər verir ki, bunu İranın ali lideri Seyid Əli Xamenei sosial şəbəkədə yazıb.
 
"Birləşmiş Ştatların prezidenti baş verənləri təsvir edərkən qeyri-adi şəkildə şişirdir, çünki onun bu şişirtməyə ehtiyacı var. Onun sözlərini eşidən hər kəs anlayır ki, pərdə arxasında başqa bir həqiqət var.
 
Onlar heç nə edə bilmədilər - buna görə də həqiqəti gizlətmək və ört-basdır etmək üçün şişirdirlər", - İran ali rəhbərinin rəsmi səhifəsindəki paylaşımda deyilir.
Chosen
56
50
moderator.az

10Sources