EN

QHT sədri Rusiyanın insanlıq əleyhinə cinayətlərini pislədi

Ailə Dünyası Ailələrə Hüquqi Yardım İctimai Birliyinin sədri Gülayə Səfərova Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FSB) Yekaterinburq şəhərində illərlə Rusiyada yaşayan həmvətənlərimizə qarşı həyata keçirdiyi qəddar və qeyri-insani hərəkətləri şiddətlə pisləyib.

QHT.az xəbər verir ki, İctimai Birliyin sədri soydaşlarımızın evlərinə basqın edilərək, elektroşokla vurulmaları, dubinka və montirovka ilə döyülmələri, hətta qətlə yetirilmələri kimi halların rus şovinizminin bariz nümunəsi olduğunu qeyd etdi:

"Tələb edir ki baş vermiş bu insanlığa sığmayan ağır cinayətə görə xəmiri şovinizmlə yoğrulan rusiya rəhbəri Putin üzr istəməli və amansız cinayətkarların cəzalandırılması üçün dərhal hərəkətə keçməlidir. Əks halda  bunun bədəli ağır olacaq."

 

Pərvanə Fərhadqızı

Chosen
9
17
qht.az

10Sources