EN

"Rusları qorumaq” olar, bəs azərbaycanlıları – yox? Kremlin ikili standartları

Bakı. Trend:

İyun ayının 27-si səhər saatlarında hüquq-mühafizə orqanlarıeyni vaxtda azərbaycanlıların yaşadığı ondan çox mənzildəaxtarışlar apardılar. Bu mənzillər arasında Ağdamdan olanSəfərovlar ailəsinin üzvlərinin yaşadığı evlər də olub. Əməliyyatzamanı iki qardaş - Ziyəddin və Hüseyn Səfərovlar öldürülüb, birneçə nəfər isə xəstəxanaya yerləşdirilib.

Hadisədən dərhal sonra Rusiya informasiya məkanında tez birzamanda sağlam olmayan, ksenofobik çalarlar daşıyan müzakirələrbaşlandı. Xüsusilə, Rusiya Dövlət Duması sədrinin müavini PyotrTolstoy azərbaycanlılara qarşı “daha sərt tədbirlərin görülməsini”təklif etdi və Azərbaycanın hadisəyə reaksiyasını “Rusiyanın daxiliişlərinə müdaxilə” adlandırdı. Tolstoy bildirdi ki, Rusiya “lazımbildiyi kimi hərəkət etməkdə sərbəstdir” və Azərbaycan “özşərtlərini diktə etmək hüququna malik deyil”.

Birincisi, onun şərhlərində “qondarma Azərbaycan diasporu”ifadəsi özlüyündə laqeyd münasibətdən xəbər verir.

İkincisi, əməliyyatın “qanuni tədbir” olduğu iddia olunur,Rusiyanın səfirinin Azərbaycan XİN-ə çağırılması isə “qırmızıxəttin keçməsi” adlandırılır. Halbuki söhbət Azərbaycanvətəndaşlarından gedir. Deməli, Bakı onların maraqlarını qorumaqhüququna tam şəkildə malikdir.

Bir sıra əsaslı suallar ortaya çıxır. Niyə əməliyyat bu qədərqəddarlıqla həyata keçirildi? Səhər saat 5-də, 24 il əvvəlkicinayətdə ittiham olunan şəxslərə qarşı silah tətbiq olunaraq. İkiqardaşın öz evində öldürülməsi və saxlanılanların döyülməsi silahlımüqavimətlə əsaslandırılırdımı? Eyni vaxtda 50 nəfərin evindəaxtarış aparılmasının səbəbi nə idi? Bu əməliyyat doğrudan daistintaq maraqlarına xidmət edirdi, yoxsa sadəcə güc nümayişi vəqorxutma tədbiri idi?

Tolstoy bildirir ki, saxlanılanlar Rusiya vətəndaşlarıdır və“Moskva onlarla istədiyi kimi rəftar etmək hüququna malikdir”.Ancaq bu açıqlama Rusiyanın özünün xarici siyasət praktikasınaziddir. Axı Rusiya başqa ölkələrdə rusdilli əhalinin müdafiəçisirolunda çıxış edir. Hətta Ukrayna ərazilərinin işğalını da məhz buarqumentlə əsaslandırıb – guya soydaşlarını qoruyur. Bəs niyəRusiya öz vətəndaşlarını xaricdə qorumağı normal sayır, ammaAzərbaycanın öz vətəndaşlarını – Rusiyada yaşayanları – qorumaqhüququnu tanımır?

Azərbaycanı Fransayla və Almaniyayla müqayisə etmək isə xüsusiləriyakarcasına görünür. Bu ölkələr rəsmi Moskva tərəfindən“qeyri-dost dövlətlər” adlandırılır. Halbuki Azərbaycan MDB-ninüzvü, 2022-ci ildə Rusiya ilə müttəfiqlik qarşılıqlı fəaliyyətihaqqında Bəyannamə imzalamış tərəfdaş ölkədir. Necə olur ki, birmüttəfiq ölkə, düşmən dövlətlərlə eyni səviyyəyə qoyulur?

Tolstoy Azərbaycanın mədəniyyət mərkəzlərini “düşmən yuvaları”adlandırıb və onların bağlanmasının vacibliyini vurğulayıb. HalbukiAzərbaycanda “Rus Evi” yalnız qanunvericiliyə uyğun gəlmədiyi üçünbağlanıb və Rusiya mədəniyyətinə qarşı heç bir ksenofob bəyanatverilməyib.

Digər mühüm məqam isə odur ki, hadisə ilə bağlı istintaq FSB-yəhəvalə edilib. Niyə 2000-ci illərin əvvəllərində baş vermişcinayətlə FSB məşğul olur? Görünür, bu yolla əməliyyata guyatəxribat və ya terrorçuluğa qarşı mübarizə çaları verilir.

Yekaterinburqda azərbaycanlılara qarşı törədilmiş cinayətləbağlı bütün detallarda Rusiya polisi və OMON-un sərt, qəddardavranışı özünü göstərir. Əgər 1990-cı illərdə OMON və bələdiyyəpolisi qəddarlığı ilə tanınırdısa, bu gün həmin tendensiya dahadəhşətli formada davam etdirilir. Rusiya hüquq-mühafizəorqanlarının uydurduğu “etno-cinayətkarlıq” anlayışı isə digərxalqların nümayəndələrini cinayətkar kimi təqdim etmək üçün hüquqibaza yaratmaq cəhdidir. Bu yolla Rusiya artıq həyata keçirdiyi vədaha da genişləndirməyi planlaşdırdığı etnik təmizləmə siyasətinəzəmin hazırlayır.

Chosen
3
49
az.trend.az

10Sources