EN

İrana qarşı sanksiyaları ləğv etmək üçün şərtini açıqladı

ain.az bildirir, Unikal.az portalına istinadən.

Əgər İran Vaşinqtonla sülhsevər davranış və əməkdaşlıq nümayiş etdirərsə, ona qarşı sanksiyaları ləğv edə bilərəm.

"Unikal" xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp “Fox News” telekanalına müsahibəsində deyib.

“Əgər onlar sülhsevər ola bilsələr və bizə qoşula bilsələr, daha heç bir zərər verməzlərsə, mən sanksiyaları qaldıraram”, - deyə Tramp bildirib. 

O, İranın İsrail və ABŞ-ın son zərbələrindən “tükəndiyini” deyib və nüvə fəaliyyətlərinin müvəqqəti dayandırılacağını proqnozlaşdırıb.

"Hazırda ən azı bir müddət üçün edəcəkləri son şey nüvə silahına sahib olmaq olacaq. Bu onlara bəsdir", - Tramp deyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
18
50
unikal.az

10Sources