"Sevilya" Saul Nyiges və Alber-Sambi Lokonqanın klubdan ayrıldığını rəsmən açıqlayıb.
Sportal.az xəbər verir ki, Alber Sambi-Lokonqa, “Arsenal”dan icarəyə götürülmüşdü və “Sevilya”nın heyətində 23 oyuna çıxaraq 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Saul Nyiges isə “Atletiko"dan icarəyə gəlmiş və 26 rəsmi matçda forma geyinib. O, bu matçlarda 1 qol vurub və 6 qol ötürməsi verib.
saytlarin hazirlanmasi