EN

Erməni əslli rus mediamaqnatı Paşinyanı təhqir etdi

BAKI, 30 iyun. TELEQRAF

“Ermənistandakı hazırkı vəziyyət fonunda baş nazir Nikol Paşinyan və onun tərəfdarlarını Dəccalın kiçik barmağı və ya appendisiti ilə müqayisə etmək olar”.

Teleqraf xəbər verir ki, “Rossiya-1” telekanalında yayımlanan “Vladimir Solovyovla axşam” verilişinin efirində “Russia Today” beynəlxalq media qrupunun və RT telekanalının baş redaktoru Marqarita Simonyanbelə deyib.

M.Simonyan xatırladıb ki, Dəccal dinə hücumlara Ermənistandan başlayıb, Paşinyan isə Erməni Apostol Kilsəsinə hücum edib. O, eyni zamanda qeyd edib ki, məsələ təkcə baş nazirdə deyil.

"Dəccal nə isə kollektivə bənzər, böyük bir şeydir. Paşinyan isə dəccalın kiçik barmağı və ya appendisiti ola bilərdi”, - Simonyan baş naziri tənqid edib.

Chosen
6
44
teleqraf.com

10Sources