EN

PSJ “İnter”i darmadağın etdi, 1/4 finala yüksəldi

ABŞ-da keçirilən klublarası dünya çempionatı davam edir.

Sportinfo.az xəbər verir ki, bu gün daha bir 1/4 finalçı müəyyənləşib.

Fransa çempionu PSJ 1/8 finalda ABŞ klubu “İnter Mayami” ilə üz-üzə gəlib. Rəqibini 4 cavabsız qolla məğlub edən Paris təmsilçisi növbəti mərhələyə yüksəlib.

PSJ-nin heyətində Joao Neves (6, 39) və Əşrəf Hakimi (45+3) fərqləniblər. 39-cu dəqiqədə isə Tomas Aviles avtoqol müəllifi olub.

Chosen
54
50
sportinfo.az

10Sources