EN

Serbiyada etirazlar bütün ölkəni bürüyüb – paytaxtda nəqliyyat iflic olub

Musavat.com xəbər verir ki, Serbiyada hökumət əleyhinə etirazlar kütləvi hal alıb və artıq ölkənin bir çox şəhərlərini əhatə edib. Paytaxt Belqradla yanaşı, Novi Sad, Niş, Çaçak, Kragujevas, Şabats, Smederevo, Lazarevas, Ujitse, Loznitsa, Obrenovats və Mladenovatsda da minlərlə insan küçələrə axışıb.

Belqradda nəqliyyatın hərəkəti tamamilə iflic olub. Etirazçılar küçə və prospektləri bağlayaraq hökumətin istefasını tələb edirlər.

Aksiya iştirakçıları ölkənin müxalifət partiyalarını Serbiya parlamentinin hazırkı çağırışında fəaliyyət göstərməkdən imtina etməyə və növbədənkənar parlament seçkilərinin təyin olunmasına qədər Skupştinada iştirak etməməyi boykot etməyə çağırıblar.

Təhlükəsizlik qüvvələri hazırda hadisələri nəzarətdə saxlamağa çalışır. 

 

Musavat.com

Chosen
25
1
musavat.com

10Sources