U15 Avropa çempionatında birinci yer tutan Azərbaycan millisi Vətənə qayıdıb.
“Report” xəbər verir ki, Heydər Əliyev Aeroportunda idmançıların qarşılanma mərasimi keçirilib.
Mərasimdə güləşçilərin yaxınları, idman azarkeşləri, mətbuat təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Xatırladaq ki, yunan-Roma güləşi üzrə Azərbaycan milli komandası U15 Avropa çempionatında 1 qızıl, 2 gümüş, 3 bürünc medal qazanıb.