EN

Klublararası dünya çempionatı: İnter braziliyalılarla, Mançester Siti ərəblərlə qarşılaşır

Fanat portalından verilən məlumata əsasən, ain.az bildirir.

ABŞ-də təşkil olunan klublararası dünya çempionatında 1/8 final mərhələsinin oyunları davam edir.

Fanat.Az xəbər verir ki, bu gün daha iki 1/4 finalçının adına aydınlıq gələcək.

Günün ilk qarşılaşmasında Çempionlar Liqasının finalçısı olan İtaliya "İnter"i Braziliyanın "Fluminense" komandası ilə qarşılaşacaq. Oyun saat 23:00-da başlayacaq. 

Bakı vaxtı ilə gecə saat 05:00-da isə İngiltərə nəhəngi "Mançester Siti" Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Hilal"la üz-üzə gələcək.  

Bu günkü cütlərin qalibləri 1/4 finalda qarşılaşacaqlar.

32 komandanın qatıldığı klublararası dünya çempionatı iyunun 15-də başlayıb və iyulun 13-də yekunlaşacaq. 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
42
50
fanat.az

10Sources