“Doğurdan da 44 günlük Vətən müharibəsində qazanılan qələbə Prezident İlham Əliyevin dediyi kimi çox böyük layları yerindən tərpətdi. Laylar yerindən tərpənəndə də hər kəsin əsil siması üzə çıxır – elə region ölkələlərinin də... O cümlədən də Rusiyanın...
Nə olub, cənab Putin? Azərbaycanın regionda güclü bir dövlətə çevrilməyi, son 200 ildə ilk dəfə olaraq torpaq verməyib, öz gücü ilə torpaq alıb suverenliyini və ərazi bütövlyünü bərpa etməsi, milli maraqlarını qoruması, prinsipial siyasət ortaya qoyması, Prezident İlham Əliyevin qlobal arenada liderliyinin qəbulu və ən müxtəlif beynəlxalq kürsülərdən etirafı sizi beləmi narahat edir? Başa düşürük, siz axı öyrəşmisiniz böyük Rusiyanın zorla öz ərasizinə daxil etdiyi xalqlar üzərində hökmranlığına...
İstər Çar Rusiyası dövründə olsun, istərsə də İttifaq dönəmində ali irq rus xalqı idi, azərbaycanlılar, özbəklər, qazaxlar, qırğızlar, türkmənlər və digər millətlərin nümayəndələri hər zaman ikinci dərəcəli xalq kimi qəbul olunub və bu gün hər iki imperiya tarixin zibilliyinə atılsa da düşüncə dəyişməyib, ənənə davam edir. Bir zamanlar Stalin başını qaldırıb azadlıq tələb edəni NKVD-nin əli ilə yox edirdi, bu gün isə Putin haqqını tələb edəni OMON-nun əli ilə yox edir. Necə deyərlər, davam edir 37, daha kəskin, daha ciddi...
Amma görəsən rəsmi Kreml və konkret Rusiya Prezidenti Vladimir Putin anlayırmı ki, artıq 37-ci il deyil, 2025-ci ildir və bir zamanlar İttifaqın tərkibində olan dövlətlər də 30 ildən çoxdur ki, müstəqildirlər. Anlayırmı ki, tarixdə heç nə unudulmur? Nə Stalin dövrünün repressiyası, hansı ki, Azərbaycan xalqının düşünən başları kəsildi, nə “20 Yanvar” hadisəsi, nə “Xocalı soyqırmı”, nə Azərbaycan torpaqlarının işğalı və 30 il bu torpaqların işğal altında qalması - hansı ki, üzdə Ermənistanın, altda isə birbaşa Rusiyanın əli ilə bu xalqa yaşadıldı. Bəli, məhz Rusiyanın... 30 illik dönəmdə öz əsəri olan Qarabağ probleminin həllinə imkan verməyən və bu illər ərzində də Azərbaycanın məhz Qarabağ damarını basmaqla biz min bir əziyyət verən, əsəblərimizlə, milli qürurumuzla oynayan Rusiya Qarabağ problemi həll olununca gücünü ölkəsində yaşayan azərbaycanlılara göstərir.” - deyə, Rövşən Məmmədov mövzunu şərh edib.
Ətraflı videoda:
10Sources
-
paytaxt.orgƏli Kərimlinin “Putin bu mesajı” AXCP-çilərdə belə gülüş yaratdı ( 18963490)
-
konkret.azƏli Kərimlinin “Putin mesajı” AXCP-çilərdə belə gülüş yaratdı ( 18958141)
-
demokrat.azƏli Kərimlinin “Putin mesajı” AXCP-çilərdə belə gülüş yaratdı ( 18956926)
-
demokrat.azƏli Kərimlinin “Putin mesajı” AXCP çilərdə gülüş yaratdı ( 18953635)
-
demokrat.azƏli Kərimlinin “Putin mesajı” AXCP-çilərdə gülüş yaratdı ( 18953230)
-
musavat.comƏli Kərimli təklif edir ki, İlham Əliyev hakimiyyəti Putinlə paylaşsın - AXCP sədri "qatıq bankası"nı qırdı ( 18933775)
-
kulis.azBu, ədəbi imitasiyadır Əli Novruzovun hekayəsi niyə alınmayıb? ( 18859231)
-
kulis.az"Bu, ədəbi imitasiyadır" - Əli Novruzovun hekayəsi niyə alınmayıb? ( 18859138)
-
demokrat.azPutinin "vuran əli" niyə azərbaycanlıların qanına bulaşdı? — Rusiyada 1937-ci ildir... ( VİDEO) ( 18757027)
-
cebheinfo.azBakı qətliamın arxasında dayanan şəxsin adını çəkdi: Putinin əli azərbaycanlıların qanına batıb - VİDEO ( 18755563)