EN

Yekaterinburqda öldürülənlərin nəşi bu gün Azərbaycana gətiriləcək

Ajans.az xəbər verir ki, Hüseyn və Ziyəddin Səfərovların nəşini gətirəcək təyyarə axşam Bakıya çatacaq.

Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Basqın zamanı 2 azərbaycanlı öldürülüb, bir neçə nəfər saxlanılıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır. 

Chosen
5
40
Ajans.az

3Sources