ain.az bildirir, Baku.ws saytına əsaslanaraq.
Xalq artisti Brilliant Dadaşovanın həyat yoldaşı Ədalət Hacıyevin 66 yaşı tamam olub.
BAKU.WS xəbər verir ki, sənətçi oğlu Cahadla birlikdə Ədalət Hacıyevin ad gününü qeyd edib.
Onlar ad günü tortunu kəsdiyi anları sosial şəbəkə hesablarında paylaşıblar. Xalq artisti ilə oğlu Cahadın səmimi görüntüləri marağa səbəb olub.
Qeyd edək ki, Əməkdar mədəniyyət işçisi Ədalət Hacıyev Səməd Vurğun adına Rus Dram Teatrının direktorudur.
1989-2008-ci illərdə Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında direktor müavini, 2008-ci ildən isə direktor vəzifəsində çalışır.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.