EN

Britaniya Ukraynanı tərk edir

Bir çox Britaniya vətəndaşı, həm sağçı, həm də solçu Ukraynaya dəstəkdən əl çəkməyə və sülh danışıqlarına çağırmağa meyllidir..

Poliqon xəbər verir ki, bu barədə “Teleqraf” nəşri məlumat yayıb.

Böyük Britaniyanın Dəmir Yolu, Dəniz və Quru Nəqliyyatı İşçiləri Milli Birliyinin rəsmi nümayəndəsi belə bir fikir bildirib ki, Ukraynada müharibə zonasına milyardlarla vəsait qoyulması sülh danışıqlarına şərait yaratmayacaq, sadəcə olaraq, onların əldə olunmasını çətinləşdirəcək.

Onun sözlərinə görə, birliyin Londondakı filiallarından birində təqdim etdiyi bəyannamənin mətni buna uyğundur. Bu, Ukraynada münaqişənin eskalasiyasını maliyyələşdirmək üçün sosial xərclərin azaldılması və yaşayış səviyyəsinin aşağı salınması siyasətindən imtina barədə kollektiv bəyanatdır.

Sənəddə deyilir ki, işçilər Britaniya hakimiyyət orqanlarından diplomatik, danışıqlar yolu ilə və davamlı sülh nizamlanması üçün işləmək öhdəliyini tələb edirlər.

Poliqon.info 

Chosen
26
42
poliqon.info

10Sources