EN

Əvvəl Messi ilə şəkil çəkdirdi, sonra “soyundurdu”

PSJ-nin hücumçusu Usman Dembele ABŞ-da keçirilən klublararası dünya çempionatının 1/8 final mərhələsində “İnter Mayami”yə qarşı keçirilən oyundan sonra rəqib komandanın kapitanı Lionel Messi ilə bağlı paylaşım edib.

Publika.az verir ki, oyunun ardından Messi və Dembele səmimi şəkildə söhbət edib və birgə foto çəkdiriblər.

“Yenidən səni görmək möhtəşəm idi, tarixdə ən böyüksən. Ümid edirəm ki, ‘İnter Mayami’nin heyətində tarix yazmağa davam edəcəksən”, – deyə Dembele sosial şəbəkədə yazıb.

Messi daha sonra “Barselona”dan komanda yoldaşı olduğu futbolçuya bütün geyim dəstini hədiyyə edib.

Qeyd edək ki, parislilər bu qarşılaşmada ABŞ təmsilçisini 4:0 hesabı ilə məğlub ediblər.

Chosen
26
50
publika.az

10Sources