EN

AEBA siyasətdən uzaq öz vəzifəsini yerinə yetirməlidir – İran XİN

Bakı. Trend:

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik beynəlxalq qurum olduğunavə müəyyən vəzifələri olduğuna görə, siyasətdən kənar özvəzifələrini yerinə yetirməlidir.

Trend-inməlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin mətbuatkatibi İsmayıl Bəqai bu gün (30 iyun) Tehranda keçirilən mətbuatkonfransında deyib.

Onun sözlərinə görə, İran tələb edib ki, Atom Enerjisi üzrəBeynəlxalq Agentliyin baş direktoru Rafael Qrossi texniki vəzifələrçərçivəsində öz işini yerinə yetirməli və agentliyin bəziüzvlərinin təsiri altına düşməməlidir.

Bəqai bildirib ki, 3 Avropa ölkəsinin (Böyük Britaniya, Fransavə Almaniya) ötən 20 il ərzində İrana təzyiqlə bağlı strategiyasıaydındır. İran həmişə agentliyin siyasi prizmalardan kənar özvəzifəsini yerinə yetirməsini istəyib. AEBA-nın İranla bağlı sonhesabatı uyğun hesabat deyildi və agentliyin Direktorlar Şurasındaİran əleyhinə qətnamənin əsası oldu.

Qeyd edək ki, 12 iyunda AEBA-nın Direktorlar Şurasının iclasındaABŞ, Böyük Britaniya, Fransa və Almaniyanın İran əleyhinə təqdimetdikləri qətnamə səsverməyə çıxarılıb.19 ölkənin lehinə, 11ölkənin bitərəf və 3 ölkənin (Rusiya, Çin və Burkina Faso) əleyhinəsəsverməsi ilə qətnamə qəbul olunub. Qətnamədə İranın 2019-cu ildənbəri bəyan edilməmiş nüvə materialı, İranın bir çox bəyan edilməmişobyektlərində fəaliyyəti ilə bağlı agentliyə tam və vaxtındaəməkdaşlıq etmək üzrə öhdəliklərini dəfələrlə yerinə yetirməməsiqeyd olunub.

Xatırladaq ki, AEBA son hesabatında bildirib ki, 17 may 2024tarixinədək İranın 60% dərəcəsində zənginləşdirdiyi uranın həcmi408,6 kiloqram təşkil edib. 60% dərəcəsində zənginləşdirilən uranfevral ayında verilən hesabatla müqayisədə 133,8 kiloqram artıb.Hesabatda bu səviyyədə zənginləşdirmənin 90% zənginləşdirməsəviyyəsinə (silah səviyyəsi hesab olunur) qısa texniki addımolduğu hesab olunub. Agentlik İranı tam və effektiv əməkdaşlığaçağırıb.

Məqalədə:
Chosen
32
50
az.trend.az

10Sources