“Milan”ın baş məsləhətçisi Zlatan İbrahimoviç “İnter Mayami”nin Klublararası Dünya Çempionatının 1/8 finalında PSJ-yə uduzaraq (0:4) mübarizəni dayandırması haqda danışıb.
News24.az Qol.az-a istinadən xəbər verir ki, o, xüsusilə ABŞ klubunun ulduz hücumçusu Lionel Messi üçün heyifsiləndiyini qeyd edib:
"Messi uduzmadı, "İnter Mayami"! Messi komanda yoldaşları ilə deyil, heykəllərlə oynayır. O, sement torbaları daşıyırmış kimi qaçan oyunçuların əhatəsindədir!
Messi istənilən böyük komandada olsaydı, əsl aslan görərdiniz. Messi ancaq futbolu sevdiyi üçün oynayır. Çünki oyunçuların 99 faizinin bacarmadığını hələ də bacarır!
Bu, mənim tanıdığım Messi deyil, onu əsl komandaya aparsanız, yenə də stadionu yandıracaq!”.