EN

Azərbaycan akrobatları Dünya Kubokunda iki gümüş medal qazanıblar

Azərbaycan akrobatları Polşanın Jeşuv şəhərində keçirilmiş Dünya Kubokunda medallar qazanıblar.

Bu barədə "Report"a Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Qarışıq hərəkətlər proqramı üzrə Abdulla Əl-Məşayxi, Seymur Cəfərov, Riad Səfərov və Rəsul Seyidli ibarət kişi qrupu 29.070 xalla, Daniel Abbasov və Murad Rəfiyevin olduğu cüt isə 28.730 xalla ikinci yeri tutaraq gümüş medala sahib çıxıb.

Chosen
7
3
report.az

10Sources