Ermənistan və Avropa İttifaqı rəsmi olaraq müdafiə sektorunda əməkdaşlığı müzakirə etməyə başlayıblar.
"Unikal" xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib.
Bundan əvvəl Ermənistan hakimiyyəti bəyan etmişdi ki, respublika Avrasiya İqtisadi İttifaqı və Avropa İttifaqı arasında seçim etməli , həmçinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) yerini müəyyənləşdirməli olacaq.
İrəvan onu da bildirib ki, Mirzoyan KTMT-yə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclası üçün Moskvaya səfər etməyib.
Şuranın iclasından sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Ermənistan Avrasiya qonşularından və müttəfiqlərindən üz döndərmək qərarına gəlsə, onun xeyrinə olmayacaq.