Bu sözləri Rusiyanın baş diplomatı Sergey Lavrov Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Xarici İşlər Nazirləri Şurasının Qırğızıstanda keçirilən iclasında jurnalistlərə açıqlama verərkən dilə gətirib. O diqqətə çatdırıb ki, kilsə erməni cəmiyyətinin əsas sütunlarından biridir.
"Bu kilsənin hər hansı ciddi səbəbə əsaslanmadan hücumlara məruz qalmasını istəmirik. Münaqişənin Ermənistan Konstitusiyası və insan hüquqları zəminində tezliklə öz həllini tapmasına ümidvarıq.
Xatırladaq ki, Ermənistan hökuməti ilə erməni həvari kilsəsi arasında qarşıdurma Baş nazir Nikol Paşinyanın sosial şəbəkədə sərt bəyanatlar səsləndirməsi, ali rütbəli ruhanilərə qarşı ittihamlar irəli sürməsi nəticəsində daha da gərginləşib. Paşinyan, eyni zamanda, bütün ermənilərin katolikosunun seçilməsi prosedurunun dəyişdiriləcəyini, bu prosesdə hökumətin bilavasitə rol oynayacağını vurğulayıb.
Hökumətlə kilsə arasında qarşıdurma fonunda iyunun 26-da arxiyepiskop Baqrat Qalstanyan, iyunun 28-də isə Şirak Yeparxiyasının rəhbəri arxiyepiskop Mikael Acapaxyan "hakimiyyəti zorla ələ keçirməyə, konstitusiya quruluşunu devirməyə yönəlmiş hərəkət və çağırışlarda" təqsirləndirilərək saxlanılıblar.
Firudin Həmidli
AzVision.az