EN

Kobaxidze: Zurabişvilinin müxalifətə liderlik layihəsi iflasa uğradı

Gürcüstanın Baş naziri İrakli Kobaxidze keçmiş prezident Salome Zurabişvilinin radikal müxalifət daxilində liderlik təşəbbüsünü tam iflasa uğramış layihə adlandırıb.

Jurnalistlərə açıqlamasında hökumət başçısı bildirib ki, Zurabişvili ilə radikal müxalifət qüvvələri arasında daxili qarşıdurmanın yaranacağı əvvəlcədən proqnozlaşdırılırdı. “Bu layihə uğursuzluğa məhkum idi və nəticə də gözlənildiyi kimi oldu. Aralarındakı münaqişə dərinləşəcək,” – deyə Kobaxidze vurğulayıb.

O qeyd edib ki, siyasi fiasko ilə nəticələnmiş bu cəhd Gürcüstanda radikal müxalifətin zəifliyini bir daha nümayiş etdirir.

Chosen
12
1
report.az

2Sources