EN

Sabahın hava proqnozu açıqlanıb

İyulun 1-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, iyunun 30-dan iyulun 1-nə keçən gecə bəzi yerlərdə qısamüddətli az yağış ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 19-23, gündüz 26-30 dərəcə isti olacaq. Atmosfer təzyiqi 753 millimetr civə sütunundan 755 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət gecə 60-65, gündüz 40-45 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gündüz əksər rayonlarda yağıntıda fasilə yaranacaq. Gecə və səhər bəzi yerlərdə duman gözlənilir. Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 18-21, gündüz 27-32, dağlarda gecə 5-10, gündüz 15-20 dərəcə isti olacaq.

Chosen
4
49
yeniazerbaycan.com

10Sources