EN

Mirzoyandan Lavrova sərt cavab: "İşimizə qarışma"

Bu sözləriErmənistanın xarici işlər naziri Ararat Mirzoyan rus həmkarı Sergey Lavrovun fikirlərinə cavabən dilə gətirib. O, İrəvanda Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasla birgə keçirdiyi mətbuat konfransında Rusiyanın baş diplomatını "ölkənin daxili işlərinə qarışmaqda" təqsirləndirib.

"Yanılmıramsa, cənab Lavrov "hakimiyyətin kilsəyə qarşı mübarizəsi" fadəsini işlədib. Hərçənd belə bir mübarizədən söhbət gedə bilməz. Cənab Lavrovun nəzərdə tutduğu, yəqin ki, bu, ya digər kilsə xadimlərinin Ermənistandakı siyasi hadisələrə qarışmasına aiddir. Belə müdaxilələr, əlbəttə, qanunsuzdur və dövlət çevrilişinə cəhddir. Bu, hüquqi prosesdir və Ermənistanın daxili işidir",- Mirzoyan söyləyib.

Maraqlıdır ki, Sergey Lavrov öz nitqində"hakimiyyətin kilsəyə qarşı mübarizəsi" ifadəsini işlətməyib.Sadəcə kilsəyə hücumlardan danışaraq özü də vurğulayıb ki, bu hadisələr Ermənistanın daxili işidir. Hərçənd bu açıq-aydın ifadəyə baxmayaraq, Ararat Mirzoyan rusiyalı həmkarını qınamaqdan çəkinməyib:

"Cənab Lavrov Ermənistanın daxili siyasətinə və işlərinə qarışmaması daha məqbuldur. Bu çağırışımı onun parlamentdəki və mətbuatdakı həmkarlarına da ünvanlamaq istərdim. Rusiyanın hökumət nümayəndələri, mətbuat xadimləriErmənistanın daxili işlərinə qarışmamalıdırlar".
Lavrov: "Erməni kilsəsinə hücumlar narahatlıq doğurur" | VİDEO

Xatırladaq ki, Sergey Lavrov bu gün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Xarici İşlər Nazirləri Şurasının Qırğızıstanda keçirilən iclasında jurnalistlərə açıqlama verərkən"Ermənistandakı vəziyyət ölkənin daxili işidir, amma rəsmi Moskva erməni kilsəsinin əsassız hücumlara məruz qalmasını yolverilməz sayır"deyib.

Ermənistan hökuməti ilə erməni həvari kilsəsi arasında qarşıdurma Baş nazir Nikol Paşinyanın sosial şəbəkədə sərt bəyanatlar səsləndirməsi, ali rütbəli ruhanilərə qarşı ittihamlar irəli sürməsi nəticəsində daha da gərginləşib. Paşinyan, eyni zamanda, bütün ermənilərin katolikosunun seçilməsi prosedurunun dəyişdiriləcəyini, bu prosesdə hökumətin bilavasitə rol oynayacağını vurğulayıb.

Hökumətlə kilsə arasında qarşıdurma fonunda iyunun 26-da arxiyepiskop Baqrat Qalstanyan, iyunun 28-də isə Şirak Yeparxiyasının rəhbəri arxiyepiskop Mikael Acapaxyan "hakimiyyəti zorla ələ keçirməyə, konstitusiya quruluşunu devirməyə yönəlmiş hərəkət və çağırışlarda" təqsirləndirilərək saxlanılıblar.

Firudin Həmidli
AzVision.az
Chosen
5
azvision.az

1Sources