EN

Paşinyan Ermənistanı kütləvi həbsxanaya çevirir...


Mətləb Salahov: “Erməni baş nazirin siyasi rəqiblərinə və dini qurumlara qarşı kütləvi repressiyalarına Qərbdəkilər "kor" olublar”

“Ermənistanda təkcə son bir ayda törədilən kütləvi həbslər, dini institutlara qarşı aparılan “səlib yürüşü” insan hüquqlarının kütləvi şəkildə pozulması ilə müşayiət olunur. Amma nədənsə Azərbaycana qarşı olmayan faktlarla hücum edib “insan hüquqlarının keşikçisi” kəsilənlər İrəvandakı bu acınacaqlı vəziyyətə səslərini də çıxarmırlar. Bu, açıq-aşkar ikili standartların güzgüsüdür”.

Bu fikirləri “Bakı Xəbər”ə açıqlamasında jurnalisr-ekspert Mətləb Salahov bildirib. M.Salahov qeyd edib ki, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın yenicə İrəvana səfər etməsi və baş verən dəhşətli pozuntularla bağlı bircə kəlmə də danışmaması Qərbin artıq iyrənc hala gəlmiş ikili siyasətinin üfunətli şəkildə davam etdiyini göstərir. “Diqqət edin, Avropa ittifaqının Ali nümayəndəsi Ermənistana gəlir və baş vermiş kütləvi həbslər, dini sektaya qarşı və sahibkarlara qarşı kütləvi həbslər barədə ağızucu belə danışmır. Nikol Paşinyan siyasi rəqiblərinə qarşı açıq-aşkar kütləvi həbslər reallaşdırır. Deputat toxunulmazlığı olan şəxslərin həbsi, sahibkar Samvel Karapetyanın əmlaklarının şəxsi istəklə “milliləşdirilməsi” və özünün həbsə atılması Ermənistan konstitusiyasının və demokratik prinsiplərin ciddi şəkildə pozulması deməkdir. Eçmiədzinə və orada təmsil olunan yüksək rütbəli kilsə rəhbərlərinə qarşı kampaniya isə dini azadlıqların və vicdan azadlığının pozulması kimi qiymətləndirilməlidir.

Maraqlıdır ki, bu cür hadisələrə nə ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu tərəfindən, nə də Avropa Şurası və digər beynəlxalq hüquq müdafiə təşkilatları tərəfindən bircə kəlmə də münasibət bildirilmədi. Üstəlik Yekaterinburqda Rusiya hakimiyyət orqanları tərəfindən vəhşicəsinə öldürülən azərbaycanlılar barədə də heç bir beynəlxalq təşkilat kiçicik bəyanat belə yaymadı. Səbəb? – yenə də ikili standartlar iyrəncliyi. Halbuki, Azərbaycanda ən kiçik inzibati hadisə belə baş verdikdə, həmin qurumlar bir-birinin ardınca bəyanatlarla çıxış edir, tələblər irəli sürür və hesabatlar hazırlayırlar. Görünür biz daha bir neçə əsr Qərbin iyrənc qoxuyan bu ikili standartlar siyasəti ilə yanaşı yeriyəcəyik...”

Namiq Quliyev

Chosen
3
2
baki-xeber.com

2Sources