EN

Mirzoyan Kallasa Ermənistanın Azərbaycanla münasibətlərinin normallaşması prosesi barədə məlumat verib

Cənubi Qafqazın Avropa, Mərkəzi və Şərqi Asiya arasında strateji körpü rolu əsas olaraq qalır.

"Report" xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanda Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas ilə birgə mətbuat konfransında bildirib.

"Cənubi Qafqazda təhlükəsizlik sahəsində mövcud vəziyyət kontekstində Kaya Kallasa Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesinə dair son müzakirələr barədə məlumat verdim. Hesab edirik ki, bu proses ölkələrimiz arasında dövlətlərarası münasibətlərin qurulması və davamlı sülh haqqında sazişin tezliklə imzalanmasına gətirib çıxarmalıdır", - o vurğulayıb.

Chosen
11
3
report.az

2Sources