EN

Azərbaycanın voleybol hakimi dünya çempionatına təyinat aldı

Azərbaycanın beynəlxalq dərəcəli voleybol hakimi Eldar Zülfüqarov dünya çempionatına təyinat alıb.
 
Bu barədə Moderator.aza Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
 
E.Zülfüqarov iyulun 2-də Serbiya və Xorvatiyada start götürəcək 19 yaşadək (U-19) qızların dünya çempionatının oyunlarını idarə edəcək.
 
24 ölkə yığmasının mübarizə aparacağı yarışda qalib iyulun 13-də bəlli olacaq.
Chosen
19
15
moderator.az

10Sources