Bakı. Trend:
Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (TKTA) tərəfindənvətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq, qismənakademik tanınma prosesinin həyata keçirilməsinin vaxtı 7 iyul saat18:00-dək qədər uzadılıb.
Trendxəbər verir ki, bu barədə TKTA məlumat yayıb.
Bildirilib ki, köçürülmə prosesi üçün iştirak edəcək şəxslərəhttps://apply.enic.edu.az/keçidi vasitəsilə elektron qaydada müraciət etmələri tövsiyəolunur. Qeyd edilən saatdan sonra edilən müraciətlər nəzərəalınmayacaqdır.
"Xüsusilə qeyd etmək istəyirik ki, TKTA yalnız qismən akademiktanınma prosesini həyata keçirir və yekunda təqdim olunanşəhadətnamə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindənhəyata keçirilən köçürülmə üçün tələb olunan sənədlərdənbiridir.
Müraciət edərkən aşağıdakı məqamlara xüsusilə diqqət edilməsizəruridir:
Müraciətçinin təqdim etdiyi akademik transkript apostil möhürüilə leqallaşdırılmalıdır (ətraflı məlumat üçün: https://www.tkta.edu.az/p/nostrify-your-diploma-201#legalization); Müraciətçinin təqdim etdiyi akademik transkriptdə ali təhsilmüəssisəsinə qəbul tarixi aydın şəkildə qeyd olunmalıdır;Müraciətçinin təqdim etdiyi akademik transkriptdə təhsil müddətindəəldə edilmiş kreditlərin ümumi sayının AKTTS üzrə miqdarı açıqşəkildə qeyd olunmalıdır; Müraciətçinin təqdim etdiyi akademiktranskript onun ali təhsil müəssisəsinə qəbul tarixindən etibarənbütün ali təhsil müddətindəki akademik göstəricilərini özündəehtiva edən yekun təhsil sənədi olmalıdır. Müraciətçinin təqdimetdiyi akademik transkript ingilis, rus və türk dillərindən başqadigər dillərdə olduğu halda Azərbaycan dilinə tərcümə və notariatqaydada təsdiq olunmalıdır (ətraflı məlumat üçün: https://www.tkta.edu.az/p/nostrify-your-diploma-201#required-documents-207);
Təqdim edilən sənədlərin autentikliyinin (həqiqi) mümkün olan ənqısa zamanda yoxlanılmasını həyata keçirmək məqsədilə sözügedənsənədlərin QR kod və ya elektron imzalı (keçid (link) əlavə olunmuşşəkildə) olması arzuolunandır",- deyə məlumatda qeyd edilib.