EN

Viktor Osimhenin yeni klubu açıqlandı

ain.az, Metbuat portalına istinadən məlumat verir.

Ötən mövsüm icarə əsasında “Qalatasaray”da oynayan “Napoli”nin futbolçusu Viktor Osimhen barədə yeni iddia ortaya atılıb.

Metbuat.az xəbər verir ki, “Corriere dello Sport”un baş redaktoru İvan Zazzaroni canlı efirdə Viktor Osimhenin yeni komandasını açıqlayıb. O, futbolçunun “Əl-Hilal”a transfer olacağını irəli sürüb. Zazzaroni, "Mən sizə demək olar ki, dəqiq deyirəm; Viktor Osimhen “Əl-Hilal”a gedəcək. “Qalatasaray” bu məbləğin yarısını belə ödəyə bilmir. İngiltərə Premyer Liqasından təklif gəlmədi". Zazzaroninin iddiasına görə, “Əl-Hilal” futbolçuya illik 40 milyon avro məvacib təklif edib.

Qeyd edək ki, “Qalatasaray”ın “Napoli” ilə anlaşdığı, Viktor Osimhenin isə karyerası ilə bağlı hələlik qərar vermədiyi iddia edilmişdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
27
47
metbuat.az

10Sources