EN

Simonyan “Sputnik”in Bakı ofisində keçirilən əməliyyatdan DANIŞDI: Hazırda Rusiya səfirliyinin əməkdaşları…

“Rossiya Seqodnya” beynəlxalq media qrupunun və RT telekanalının baş redaktoru Marqarita Simonyan bildirib ki, Rusiya səfirliyinin əməkdaşları artıq Sputnik Azərbaycan-ın Bakı ofisinə yola düşüb.

KONKRET.az bildirir ki, bu barədə o, Teleqram kanalında yazıb.

“Məndə olan məlumata görə, Bakıdakı səfirliyimizin əməkdaşları artıq Sputnik-in ofisinə gediblər, hazırda orada xüsusi əməliyyat keçirilir”.

Simonyanın sözlərinə görə, nəşrin əməkdaşları arasında Rusiya vətəndaşları da var.

Müşviq Tofiqoğlu

KONKRET.az

Chosen
9
17
konkret.az

10Sources