EN

Rusiya İstintaq Komitəsi saxlanılan azərbaycanlılarla bağlı açıqlama yaydı


Rusiyanın Yekaterinburq şəhərində saxlanılan azərbaycanlılara qarşı başladılan cinayət işi Rusiya İstintaq Komitəsinin mərkəzi aparatına verilib.
Yeniavaz.com
RBK agentliyinə istinadla xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin sədri  Aleksandr Bastrıkin göstəriş verib.
Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Yekaterinburqda azərbaycanlıların yaşadığı 10-dan çox mənzildə əməliyyat keçirilib. Əməliyyat zamanı Səfərovlar ailəsinin əksər üzvləri tutulub. İki qardaş - Ziyəddin və Hüseyn Səfərovlar öldürülüb. Bir neçə nəfər xəstəxanaya yerləşdirilib. Həmçinin, xeyli azərbaycanlı saxlanılıb.
Müstəntiqlərin fikrincə, onlar 2001, 2010 və 2011-ci illərdə Yekaterinburqda törədilmiş bir sıra cinayət əməllərində şübhəli bilinirlər.
Bunlar arasında 2001-ci ildə azərbaycanlı Yunis Paşayevin qətlə yetirilməsi, 2010-cu ildə azərbaycanlı Fəhruz Şirinova sui-qəsdə cəhd olunması, eləcə də 2011-ci ildə azərbaycanlı İkram Hacıyevin qətlə yetirilməsi işləri var.
Məsələ ilə bağlı Rusiya Cinayət Məcəlləsinin bir sıra maddələri (bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq törədilmiş qətl, muzdla törədilmiş qətl, muzdla qətl törətməyə cəhd) üzrə cinayət işi başladılıb.
Onlar barəsində iyulun 19-dək həbs qətimkan tədbiri seçilib.
Chosen
1
7
yeniavaz.com

8Sources