EN

Uşaqlıqdan tanıdığımız, amma FAYDALARINI bilmədiyimiz bu meyvə...

Moruq bağırsaq sağlamlığı üçün ən faydalı giləmeyvələrdən biri hesab olunur. Tərkibində bol miqdarda lif olan bu meyvə hətta 2-ci tip diabet xəstələri üçün də təhlükəsiz qida sayılır.

News24.az xəbər verir ki, bu barədə EatingWell məlumat yayıb. 

Böyüklərin əksəriyyəti gündəlik lazım olan lif miqdarını qəbul etmir. Halbuki pəhrizə moruq kimi liflə zəngin qidalar əlavə etməklə bu çatışmazlığın qarşısını almaq mümkündür. Moruq həm də C vitamini və antioksidantlarla zəngindir. O, həssas mədəyə malik insanlar üçün uyğundur və həzm problemləri olan şəxslər tərəfindən rahatlıqla qəbul edilə bilər.

Qeyd edək ki, böyüklər üçün gündəlik lif tələbatı 25-38 qram arasında dəyişir. Lakin qadınların 90%-dən çoxu, kişilərin isə 97%-i bu miqdarı qəbul etmir. Araşdırmalar göstərir ki, kifayət qədər lif qəbulu bağırsaq sağlamlığını yaxşılaşdırmaqla yanaşı, sümükləri möhkəmləndirir, çəkiyə nəzarət etməyə kömək edir və bir sıra xroniki xəstəliklərin riskini azaldır. Hətta uzunömürlülüyə də müsbət təsir göstərir.

Amerikalı həkim və qastroenteroloq Will Bulsiewicz bildirib ki, bir fincan moruqda təxminən 7 qram lif var ki, bu da gündəlik lif ehtiyacının demək olar ki, yarısını təşkil edir:

“Ola bilsin, giləmeyvələrin tərkibində şəkər var. Amma tədqiqatlar göstərir ki, moruq kimi giləmeyvələr 2-ci tip diabetin inkişaf riskini azaldır".

Sadə dillə desək, əgər həzm problemləriniz varsa və bağırsaq sağlamlığınızı bərpa etməyə çalışırsınızsa, moruqdan qorxmadan istifadə edə bilərsiniz”, – deyə həkim vurğulayıb.

Nigar İlyasqızı

Chosen
8
1
news24.az

2Sources