EN

İran "Starlink"i qadağan etdi

İran parlamenti amerikalı milyarder İlon Maska məxsus SpaceX şirkətinin Starlink peyk internet xidmətindən istifadəsinə rəsmən qadağa qoyulmasına səs verib.

Ucnoqta.az xəbər verir ki, bu barədə iyunun 30-da “İsna” agentliyi məlumat yayıb.

Nəşrin məlumatına görə, “Starlink” avadanlığının, həmçinin daxili sertifikatlaşdırmadan keçməmiş digər internet və rabitə vasitələrinin istifadəsi, alınması, satışı, idxalı, yayılması və istehsalına görə cəza nəzərdə tutulub.

DPA-nın qeyd etdiyi kimi, cəzaya cərimə, qamçı və ya hətta iki ilə qədər həbs cəzası daxildir.

Chosen
48
8
ucnoqta.az

8Sources