Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan rəsmi Bakının əlavə tələblərinə baxmayaraq, Azərbaycanla təmasların niyə davam etdiyini izah edib.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə erməni mətbuatı yazıb.
İyunun 30-da keçirilən mətbuat konfransında sülh sazişi layihəsinin təsdiqinin 4 ay əvvəl elan edilməsi və prosesin dalana dirənməsi fonunda təmasların niyə davam etməsi ilə bağlı sualı cavablandıran Mirzoyan əvəvlki fikirlərini təkrarlayıb. O, ATƏT-in Minsk Qrupunun buraxılması, Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı deyilən əlavə şərt fikirləri ilə razılaşıb.
O xatırladıb ki, ATƏT-in Minsk Qrupunun buraxılması İrəvan üçün məqbuldur:
“Çünki sülhün bərqərar olması institusional prosesdir. Yəni müqavilənin imzalanma günü müəyyənləşərsəa, ATƏT-in Minsk Qrupunun ləğv etmək üçün birgə addımlar mümkündür. Biz əmin olmaq istəyirik ki, tamhüquqlu sülhü bərqərar edirik, onda Minsk Qrupu lazım deyil”.
Konstitusiya ilə bağlı da nazir əvvəllər deyilənləri təkrarlayıb:
“Birincisi, bu, Ermənistan Respublikasının daxili gündəliyidir və konstitusiya islahatları 2018-ci ildən müzakirə olunur”.
Görünür, onların həyata keçirilməsinə növbəti seçkilərdən sonra başlanacaq.
Mirzoyanın sözlərinə görə, əgər Bakı səmimi şəkildə Ermənistan Konstitusiyası ilə bağlı problemlər görürsə, o zaman ən birbaşa yol sənədi imzalamaqdır:
“İttifaqın dağılması zamanı SSRİ sərhədləri daxilində ərazinin tanınması haqqında saziş var. Ermənistan Konstitusiyasına münasibət bildirmək səlahiyyəti olan yeganə orqan Konstitusiya Məhkəməsidir. Əgər o, sülh müqaviləsinin Konstitusiyaya zidd olmadığını bəyan edirsə, o zaman məsələ bitib. Qərar fərqli olarsa, o zaman hərəkətə ehtiyac olacaq”.
Mirzoyan hesab edir ki, bütün bunları bir-birinə izah etmək, problemləri həll etmək və yollar tapmaq üçün əlaqələr lazımdır:
"Ümid edirəm ki, təmaslar sazişin imzalanmasına və digər məsələlərin həllinə gətirib çıxaracaq".